BAKI, 2 mart. TELEQRAF

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupu onlayn formatda növbəti iclasını keçirib.

Teleqraf xəbər verir ki, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə 2025-ci ildə ölkəmizdə görülən işlərin nəticələrinə dair təqdimat nümayiş etdirilib.

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması sahələrində atılan addımlar, əldə olunan nəticələrdən bəhs olunub. Ölkəmizin göstəricilərinin növbəti illərdə daha da yaxşılaşdırılması istiqamətində təkliflər müzakirə edilib.