BAKI, 2 mart. TELEQRAF

İşğaldan azad olunan ərazilərdə fevral ayı ərzində 410 piyada əleyhinə mina, 71 tank əleyhinə mina, 1621 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Teleqraf-a Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 4264.8 hektar ərazi minalardan təmizlənib.