MİNGƏÇEVİR, 17 fevral. TELEQRAF

İtkin kimi qeydiyyatda olan Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Şahin Heydər oğlunun nəşi müəyyən olunub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində Vətənin müdafiəsində iştirak edib.

Şahin Kərimov 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü.

Bu günlərdə şəhidin nəşinin qalıqları müəyyən olunub. Vida mərasimi 19 fevral tarixində Mingəçevir şəhərində keçiriləcək. O, Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.