BAKI, 4 fevral. TELEQRAF

“Hazırda iki proses gedir. İstəməzdim ki, bu prosesə cəlb olunan şəxslərin adlarını çəkim. Ən üzücü məqam ondan ibarətdir ki, onların arasında müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslər də var".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, hmin şəxslər DİM ilə ictimaiyyət arasında çəpər yaradıb, imtahanlarla bağlı müxtəlif şayiələr yayaraq vəziyyəti daim gərginləşdiriblər.

İndi isə aydın olur ki, bütün bunların arxasında müəyyən məqsədlər dayanıb. Çox istərdim ki, belə riyakar insanlar təhsil sistemindən uzaqlaşdırılsınlar”, - Məleykə Abbaszadə bildirib.