BAKI, 19 yanvar. TELEQRAF
Ötən ilin 11 ayının göstəricilərinə əsasən bəzi xəstəliklərə yoluxma hallarında azalma müşahidə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə viruslu hepatit A ilə (96,8 faiz), viruslu hepatit C ilə (61,5 faiz), skarlatina ilə (56,4 faiz), törədicisi müəyyən olunmuş enteritlər, kolitlər, qastroenteritlər, qida zəhərlənmələri ilə (48,5 faiz), qazanılmış immunçatışmazlığı (QİÇS) ilə (37,3 faiz), pedikulyoz ilə (19,3 faiz), qonokokk infeksiyası ilə (19,1 faiz) xəstələnmə halları azalıb.
Göyöskürək və malyariya, kəskin poliomielit, epidemik parotit, məxmərək və anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.