BAKI, 17 mart. TELEQRAF
Ağdərə rayonuna qayıdan keçmiş məcburi köçkün İsmayılov Mehman Azərbaycanın qazandığı tarixi qələbənin sevincini bölüşüb.
Teleqraf xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan xalqı möhtəşəm qələbə qazanıb və bu gün həmin sevinc hissi ilə yaşayır.
“Biz qalib ölkənin vətəndaşları kimi doğma yurdumuza qayıdırıq. Bilirik ki, "dəmir yumruq" hər zaman xalqımızı və dövlətimizi qoruyacaq. Azərbaycan bayrağının bütün tarixi torpaqlarımızda dalğalanmasını arzu edirik”, - deyə o qeyd edib.
İsmayılov Mehman şəhidlərə Allahdan rəhmət, qazilərə isə can sağlığı arzulayıb.
“Cənab Prezidentə minnətdarıq ki, bu xoşbəxtliyi yaşamaq bizə qismət oldu”, - deyə o əlavə edib.