BAKI, 16 mart. TELEQRAF
GƏNCƏ, 16 mart. TELEQRAF
İllərdir ekaloji çirklənməyə məruz qalan Nizami Gəncəvi məqbərəsinin ətrafı təmizlənəcək.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin şimal-şərq hissəsində yerləşən və təxminən 200 hektar ərazini əhatə edən keçmiş metallurgiya müəssisəsinə aid sənaye tullantıları poliqonunun təmizlənməsi və rekultivasiyası planlaşdırılır.
İşlər şəhərin təsdiq olunmuş baş planına uyğun aparılacaq. Bu ərazi və ətraf sahələr də daxil olmaqla, təxminən 400 hektar ərazinin mərhələli şəkildə meşə-park zonasına çevrilməsi planlaşdırılıb.
Bununla da Nizami Gəncəvi məqbərəsi və muzeyi sənaye təsirindən qorunacaq. Ətrafda geniş yaşıl-sanitar zonan yaradılacaq, həmçinin turizm və ekoloji maarifləndirmə imkanlarının genişləndiriləcək.