BAKI, 12 dekabr. TELEQRAF
Bu ilin yanvar-noyabr aylarında 521 min nəfər sosial müavinət, 406 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.
Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 1 mlrd. 66 mln. manat, Prezident təqaüdləri üzrə 685 mln. manat ödənilib.
Cari ilin 11 ayında 144 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 866 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.