BAKI, 19 noyabr. TELEQRAF

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə müalicə aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Bildirilir ki, Respublika Narkoloji Mərkəzində 292, QİÇS-lə Mübarizə Mərkəzində 316, Sumqayıt Narkoloji Mərkəzində 126 nəfər, ümumilikdə 734 xəstə müalicə alır.