BAKI, 7 noyabr. TELEQRAF

Noyabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ahmed Metani ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş çərçivəsində Fələstin ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.