BAKI, 14 avqust. TELEQRAF

Bu gün Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpə Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumata görə, metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.