BAKI, 13 dekabr. TELEQRAF

Bu ilin yanvar-noyabr aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,1 faiz artaraq 3 milyon 464,5 min manat təşkil edib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərin 70,7%-i əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 33,7%-i və ya 1 milyon 166,3 min manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.