BAKI, 15 dekabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında xidmətlər balansında 1,4 milyard dollarlıq kəsir formalaşsa da bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, kəsiri formalaşdıran əsas amillər neft-qaz sektoru ilə əlaqədardır:

"Belə ki, neft-qaz sektorunda göstərilən tikinti və digər işgüzar xidmətlər xidmətlər balansının kəsirini şərtləndirən əsas amillərdir. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.1 mlrd.$ olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 280.7 mln.$ olub. Qarşılıqlı xidmətlər dövriyyəsinin 28.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4 mlrd.$ olan nəqliyyat xidmətlərinin 66.3%-i 12 Tədiyə balansı hesabatı qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.6 mlrd.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.4 mlrd.$ təşkil edib. Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilij eyni dövrü ilə müqayisədə 22.9% artıb, idxalı isə 7.4% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 50.2% artaraq 1.3 mlrd.$ olub. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 9 ayında 0.9 mlrd.$-ı təşkil edib.

Cari ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi cüzi (0.5%) azalaraq 2.7 mlrd.$ təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.5 mlrd.$) idxalı (1.2 mlrd.$) üstələməsi nəticəsində 0.3 mlrd.$ həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.6%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.8% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.2 mlrd.$ olub. Bunun 75.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2.4 mln.$ təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 12.1% artaraq 1.6 mlrd.$ olub.