BAKI, 15 dekabr. TELEQRAF

Bu ilin 9 ayında turizm xidmətlərinin profisiti 320 milyon dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, müsbət nəticənin əsas səbəbi ölkəyə gələn xarici turistlərin sayı ilə bağlıdır.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.6%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.8% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.2 mlrd.$ olub. Bunun 75.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2.4 mln.$ təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 12.1% artaraq 1.6 mlrd.$ olub.