BAKI, 13 dekabr. TELEQRAF

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsalda ötən ilin eyni dövrü ilə müqayisədə 9,8%-lik artım qeydə alınıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında isə 1,6% azalma müşahidə olunub.

Qida məhsullarından makaron məmulatlarının istehsalı 2,5 dəfə, şəkər, qənd istehsalı 24,4%, kolbasa məmulatlarının istehsalı 4,1%, qaymaq və xama istehsalı 4%, marqarin istehsalı isə 3,1% artıb. Araq istehsalı 5,1%, üzüm şərabı istehsalı isə 50,1% azalıb.