BAKI, 13 dekabr. TELEQRAF

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 533,9 ton gübrə və azot birləşməsi istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.8% az olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dekabrın 1-nə ölkənin hazır məhsul ehtiyatı 25,6 ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 153 milyon 75,3 min m ABŞ dolları dəyərində 490 milyon 518,3 ton mineral gübrə ixrac edilib. 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən bu istiqamətdə miqdar ifadəsində 8%, dəyər ifadəsində isə 56,1% artım olub.

Hesabat dövründə ölkəyə 73 milyon 26,9 min ABŞ dolları dəyərində 146 min 86,7 ton mineral gübrə idxal edilib. Ötən ilin göstəricisi ilə müqayisədə miqdar ifadəsində 3,1%, dəyər ifadəsində isə 18,9% artım qeydə alınıb.