BAKI, 15 dekabr. TELEQRAF

Bu ilin yanvar – noyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz çoxdur.

Teleqraf xəbər veri ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,9 milyon manatdan çox olub.

2025-ci ilin 11 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 457 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon manat və ya 24,9 faiz çoxdur.