BAKI, 15 dekabr. TELEQRAF

Azərbaycan rezidentlərinin xarici ölkələrə qiymətli kağız portfelinə yatırdığı investisiyalardan 750 milyon dollarlıq faiz gəliri əldə edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,45% çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 1.4 mlrd.$ məbləğində qiymətləndirilib. Daxilolmalar 947.1 mln.$, ödənişlər isə 478.8 mln.$ təşkil edib.. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 89.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4.0%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 6.3%-ni isə digər daxilolmalar təşkil edib.