BAKI, 20 iyun. TELEQRAF

1992-ci ildə itkin düşən şəhid Hikmət Abbasovun anası vəfat edib.

Teleqraf xəbər verir ki, şəhidin anası Nisə xanım Cəlilabad rayonu Göytəpə şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Abbasov Hikmət Əliheydər oğlu 12 dekabr 1968-ci ildə Cəlilabad rayonunda anadan olub. O 1992-ci ilin 15 mayında şəhid olub.