GƏNCƏ, 15 iyun. TELEQRAF
Gəncə şəhərində 42 yaşlı Vüsal Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
***
23:32
Gəncədə törədilən qətlin təfərrüatı məlum olub.
Teleqrafın-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin "Avtozavod" qəsəbəsində baş verib.
İlkin məlumata görə, 1983-cü il təvəllüdlü Vüsal Əhmədov ürək nahiyyəsindən güllələnib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
***
23:05
Gəncədə güllələnərək qətlə yetirilən şəxsin adı məlum olub.
Teleqrafın yerli bürosu xəbər verir ki, 1983-cü il təvəllüdlü Vüsal Məmmədov açılan atəş nətisində ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşkarı cəlb olunub. Hadisə ilə bağlı istintaq aparılır.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
***
22:43
Gəncədə qətl hadisəsi baş verib.
Teleqrafın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri araşdırılır.