BAKI, 6 iyun. TELEQRAF
TƏBİB 2 yaşlı uşağın ölüm səbəbini açıqladı.
Teleqraf xəbər verir ki, TƏBİB-in məlumatına görə dünən saat 12:10 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb.
***
09:44
Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında 2 yaşlı oğlan uşağı xəstəlikdən dünyasını dəyişib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Şəmkir rayonunda gətirilən uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.