AĞCABƏDİ, 16 may. TELEQRAF
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Miriş Rüstəmovla Ağcabədi rayonunda keçirilən vida mərasimi başa çatıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, mərasimində dövlət rəsmiləri, şəhidin ailə üzvləri rayon sakinləri iştirak ediblər.
Daha sonra M.Rüstəmov Ağcabədi şəhər Şəhidlər xiyabanında dəfn edilib.
***
12:43
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Miriş Rüstəmovun nəşi Ağcabədi rayonunda ailəsinə təhvil verilib.
“Teleqraf”ın yerli bürosunun xəbərinə görə, onun cənazəsi rayon mərkəzində yaxınlarının yaşadığı evə gətirilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə dövlət rəsmiləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida başa çatandan sonra Miriş Rüstəmov Ağcabədi şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Miriş Məhəmməd oğlu Rüstəmov 1973-cü il fevralın 15-də Ağcabədi şəhərində anadan olub. 1993-cü ilin avqustun 23-də Füzuli rayonunun Kürdmahudlu kəndində itkin düşüb.
O, naməlum şəhid kimi Beyləqan rayonunda dəfn olunan, Birinci Qarabağ döyüşlərində itkin düşmüş Azərbaycan vətəndaşlarından biri olub.
Raul Muradlı
.png)