BAKI, 14 may. TELEQRAF

Azərbaycan təmsilçiləri “Avroviziya-2025” mahnı müsabiqəsinin mübarizəni dayandırıb.

Teleqraf xəbər verir ki, birinci yarımfinaldakı çıxışlardan sonra səsvermə keçirilib.

10 nömrə altında çıxış edən “Mamagama” qrupu “Run with U” mahnısını ifa edib.

Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri finala vəsiqə qazanıblar.

Yarımfinalın digər mərhələsi mayın 15-də, final isə mayın 17-də baş tutacaq.

***

23:22

BAKI, 13 may. TELEQRAF

İsveçrənin Bazel şəhərində “Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı start götürüb.

Teleqraf xəbər verir ki, Azərbaycanı müsabiqədə 10 nömrə altında çıxış edəcək “Mamagama” qrupu təmsil edir. Qrupun üzvləri Asəf Mişiyev, Həsən Heydər və Arif İmanov “Run with U” mahnısını ifa edəcəklər.

“Avroviziya”da 37 ölkə iştirak edir. İlk yarımfinalda iştirak edən 15 ölkədən yalnız 10-u səsvermənin nəticələrinə əsasən finala vəsiqə qazanacaq.

İkinci yarımfinal mayın 15-də, final isə mayın 17-də baş tutacaq.