BAKI, 13 may. TELEQRAF
Gəncə şəhərinə və ətraf rayonlara leysan yağış yağıb, dolu düşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hazırda Gəncə şəhərinə güclü küləklə müşahidə olunan yağış yağır.
Məlumata görə, Göygöl, Daşkəsən rayonlarının dağ kəndlərinə isə dolu düşüb.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.