BAKI, 12 may. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC yay aylarında Qəbələyə səyahət etmək istəyənlər üçün rahat və təhlükəsiz nəqliyyat imkanı təqdim edir.
Teleqraf xəbər verir ki, mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin şənbə və bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.
Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşəcək qatar, Qəbələyə səyahətə başlayacaq, və saat 19:00-da isə Qəbələdən Bakıya qayıdacaq.
Qəbələnin gözəl təbiətinə səyahət etmək üçün bilet almaq istəyənlər, www.ady.az saytı, “ADY Mobile” tətbiqi və ya yerli kassalardan asanlıqla bilet əldə edə bilərlər.
Qəbələdəki əsrarəngiz təbiətə səyahət üçün mükəmməl fürsəti qaçırmayın!