BAKI, 24 aprel. TELEQRAF
“Məzunların nəticələrinin ilkin statistikasını aparmışıq. Keçən illə müqayisədə abituriyentlərin orta statistik nəticələri eynidir”.
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Teleqraf-ın sualına cavab olaraq deyib.
O bildirib ki, bu il buraxılış imtahanında çətinlik olmayıb:
“Azərbaycan dili üzrə nəticələr yaxşılaşıb. Xarici dil və riyaziyyatla bağlı nəticələr ötənilki ilə eynidir".