BAKI, 18 aprel. TELEQRAF

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaş qəbul keçirəcək.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

K.Heydərov 21 aprel 2025-ci ildə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan Naxçıvan Muxtar Respublikası sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı nazirliyin binasında 20 aprel 2025-ci ildə saat 11:00-da başlayacaq.

"Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Əlaqə: tel: +994 (12) 512-01-14 - e-mail: [email protected]" - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.