BAKI, 16 aprel. TELEQRAF
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti bəzi yerlərdə insanlara çətinliklər yaradıb.
Teleqraf xəbər verir ki, dövlət qurumları yağan güclü yağışın fəsadlarının aradan qaldırılması üçün səfərbər olublar.
Daxili İşlər Nazirliyi də gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Polis müxtəlif yerlədə çətin vəziyyətdə qalan sürücü və sərnişinləri xilas edib. Onlar arasında azyaşlı uşaqlar da var.
Qaradağ rayonunda qəza hadisəsində isə polis çaya düşən avtomobilin sürücüsünü qucağına alaraq ərazidən çıxarıb.