BAKI, 23 aprel. TELEQRAF

Xarici ölkələrdən “playstation” oyun aparatları gətirmək adı ilə bir qrup şəxsə qarşı dələduzluqda təqsirləndirilən Rüfət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Rüfət Əliyev Birləşmiş Ərəb Əmirlikləri, Malaziya və digər ölkələrdən “playstation” oyun aparatları gətirmək adı ilə bir neçə nəfərə söz verib. O, həmin şəxslərdən pul alsa da, vədinə əməl etməyib.

Cinayət işi üzrə ziyan 100 min manatdan çoxdur.

Rüfət Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib.

Növbəti proses aprelin 29-da davam edəcək.