BAKI, 23 aprel. TELEQRAF

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Mərmərə dənizində Türkiyə vaxtı ilə saat 12:49-da zəlzələ qeydə alınıb.

Bu barədə Teleqraf-a Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verilib.

Bildirilib ki, zəlzələ İstanbulda hiss olunub.

"Mərmərə dənizində Türkiyə vaxtı ilə saat 12:49 və 13:02-da maqnitudası M=4.3-6.2, h=5-21 km olan 5 təkan qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 10 km olub.

Qardaş ölkədə baş verən zəlzələdən sonra afterşoklar davam edir. Zəlzələ ilə bağlı hazırda RSXM-nin Monitoriq Mərkəzi gücləndirilmiş iş rejimində işləyir və zəlzələ bölgəsi monitorinq edilir. Əlavə məlumatlar olarsa bu barədə açıqlama veriləcək",- vurğulanıb.