BAKI, 23 aprel. TELEQRAF
İstanbulda məktəb və universitetlərdə təhsil 2 gün müddətinə dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Türkiyə milli təhsil naziri Yusuf Tekin İstanbulda baş verən zəlzələlərdən sonra sabah və ertəsi gün məktəblərin bağlanacağını açıqlayıb.
YÖK sədri Erol Özvar da dövlət və vəqf universitetlərində təhsilin iki gün müddətinə dayandırılacağını elan edib.