BAKI, 23 aprel. TELEQRAF
Zabrat qəsəbəsində 12368 ailə var, onların 8130 nəfəri qeydiyyatdadır, 4208-i isə qeydiyyatsız yaşayır.
Teleqraf xəbər verir ki, bunu Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova "Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı bugünkü konfransda deyib.
O bildirib ki, hazırda ata, anası həbsdə olan 32 ailə var, münaqişəli ailələrin sayı 2, aztəminatlı ailələrin sayı isə 400 nəfər təşkil edir.
"Zabrat bələdiyyə üzvlərinin 16 sentyabr 2021-ci il tarixli iclasının 18 saylı protokolunun qərarına əsasən müvafiq qanunvericiliyə istinad etməklə Zabratda "Gender bərabərliyinin təmin olunması" və "Məişət zorakılığının qarşısının alınması" na səmərəli kömək məqsədi ilə bələdiyyə nəzdində komissiya yaradılıb.
Komissiya yarandığı gündən indiyə qədər Zabratda 16 münaqişəli ailə ilə profilaktik tədbir və söhbətlər aparılıb, nəticədə 6 ailənin boşanmasının qarşısı alınıb".
N.Nəsirova qeyd edib ki, qəsəbədə təhsildən yayınan 11 uşaqdan 9-nun təhsili bərpa olunub.
"3 uşağın "Ümid" sığınacaq evinə yerləşdirilməsi təmin olunub".