BAKI, 23 aprel. TELEQRAF

Son illərdə bələdiyyələrin maliyyəsi artıb.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov “Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı bugünkü konfransda deyib.

O bildirib ki, son 2 ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər edilib.

Deputat həmçinin əlavə edib ki, ailələrdə bir problem olduqda vətəndaşlar ilk olaraq hüquq-mühafizə orqanlarına deyil, bələdiyyələrə müraciət etməlidirlər.

"Əgər belə olsa, onda bələdiyyənin də nüfuzu artar və daha çox söz sahibi olar".