BAKI, 23 aprel. TELEQRAF
Aprelin 23-də Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Teleqraf-a Komissiyanın üzvü Zahid Oruc məlumat verib.
Onun sözlərinə görə, bugünkü toplantıda 100-dən artıq müraciətə baxılıb. Bununla da komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ü ötüb.
Z.Oruc bildirib ki, komissiyaya daxil olan müraciətlərin hər biri araşdırılır.
Qeyd edək ki, komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.
***
8:00
BAKI, 23 aprel. TELEQRAF
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti - bu il üzrə sayca 6-cı iclası keçiriləcək.
Teleqraf xəbər verir ki, toplantıda məhkum olunmuş şəxslərin əfvlə bağlı müraciətlərinə baxılacaq.
Qeyd edək ki, 2025-ci ildə komissiyanın 5 iclası olub və 600-dən çox müraciət araşdırılıb.
Əfv Məsələləri Komissiyasının toplantıları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.