BAKI, 23 aprel. TELEQRAF

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası mayın 16-da keçiriləcək.

Bu barədə Teleqraf-a Komissiyanın üzvü Fazil Mustafa məlumat verib.

O bildirib ki, bugünkü iclasda 125 müraciətə baxılıb və müvafiq qərarlar qəbul edilib. May ayında keçirilən iclasdan sonra hazırlanan təkliflər Prezidentə təqdim ediləcək.

Qeyd edək ki, Komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.