BAKI, 27 fevral. TELEQRAF

Qərbi Azərbaycana qayıdış ideyası dərsliklərdə öz əksini tapacaq.

Teleqraf xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın Ağsaqqallar Şurası üzvlərinin gənclərlə görüşü zamanı deyib.

"Orta məktəb dərsliklərində Qərbi Azərbaycanla bağlı nələr qeyd olunmalıdır, hansı mövzulara toxunulmalıdır, düşünürəm ki, bu məsələlər açıq müzakirə olunacaq"- deyə Ələkbərli bildirib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan ideyası 44 günlük müharibədən sonra Azərbaycanın strateji hədəfidir.

"Cənab Prezident İlham Əliyev qayıdışın ideyasını açıqladı. Bu ideyanı gənclərə aşılamalıyıq. Gənclərin onu necə mənimsəməsindən çox şey asılıdır. Son zamanlar bu istiqamətdə çox işlər görülür”,- Ə. Ələkbərli qeyd edib.