
Bakıda yenə də yol bağlanır.
Bu barədə Teleqraf.com-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədar olaraq 2015-ci il fevralın 28-i axşam saat 20-00-dan 2015-ci il martın 1-i səhər saat 8-00-a qədər həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Hazırda sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.