
BAKI, 8 fevral. TELEQRAF
İmişli rayonunda intihar hadisəsi qeydə alınıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, fevralın 6-da 1965-ci il təvəllüdlü Z.Abbasova yaşadığı Buludlu kəndindəki evdə sirkə turşusu içib.
Xəstəxanaya yerləşdirilmiş qadın fevralın 7-si saat 15 radələrində orada vəfat edib. Z.Abbasovanın hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.