Gəncə şəhərində iki "VAZ" markalı avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Mircəlal Paşayev küçəsində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobillə "VAZ 21011" markalı maşınların toqquşması nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.