Eyni təhsil səviyyəsində Təhsil Tələbə Kreditindən bir dəfə yararlanmaq olar.

Bunu Teleqraf.com-un sorğusuna cavab olaraq Təhsil Tələbə Kredit Fondu İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.

O bildirib ki, əgər bakalavr səviyyəsində TTK-dən faydalanılıbsa, ikinci dəfə bundan yararlanmaq mümkün deyil.

Bəhruz Əzimov, həmçinin kreditlərin verilməsində hər hansı yaş məhdudiyyətinin olmadığını bildirib:

"Kreditin geri qaytarılmasında hər hansı risklər yaranarsa, yəni həyatın itirməsi halında vəsait sığorta şirkəti tərəfindən ödənilir".