
"Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdrılması ilə əlaqədar Azərbaycanın gördüyü işin dünyada alternativi yoxdur".
Teleqraf.com-un məlumatına görə, bu sözləri KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən 156 jurnalist mənzillə təmin olunub: "2013-cü ildə cənab Prezident növbəti sərəncam verdi və ev almayan jurnalistlər ilin sonunu intizarla gözləyirlər. Bu il 3 girişi olan 17 mərtəbədən ibarət bina tikilir. 255 jurnalist sevinəcək. İlin sonunda binanın jurnalistlərin istifadəsinə verilməsi gözlənilir".
Nərgiz