“Bakı qəbirstanlıqları xəcalət yeridir” - Elmira Axundova

Deputat Elmira Axundova Milli Məclisdə paytaxt qəbiristanlıqları haqda danışıb.

Teleqraf.com-un xəbərinə görə, millət vəkili deyib ki, qəbiristanlıqlarda səliqəsizlik var: “Az qala bu ərazilər narkomanların, bomjların məkanına çevrilib. Burada bəzən cinayətlər də baş verir”.

Deputat təklif edib ki, bu məsələ ilə bağlı qanun qəbul edilsin, əlavə maliyyə resursları tapılsın: "İndi Bakı qəbirstanlıqları insan ruhunun sakitlik tapdığı yer deyil, xəcalət yeridir”.

Nemət