Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli kanallar məlumat paylaşıb.

Məlumata əsasən, meşə yanğınları zamanı RusiyaTürkiyəyə "Be-200" amfibiya təyyarəsi göndərib.

O , həmçinin yayda kütləvi meşə yanğınlarına cavab olaraq Türkiyəyə iki amfibiya təyyarəsi təqdim edən Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib .