BAKI, 28 sentyabr. TELEQRAF

2026-cı ildə uzun müddət əvvəl baş verəmiş cinayətlərdən 9-nun üstünün açılması təmin olunub.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, keçmişdə qalan cinayətlərin üstünün açılması prokurorluq orqanlarının Daxili İşlər və Ədliyyə nazirlikləri, eləcə də Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə fəaliyyətinin nəticəsidir.