Ordumuz Ağdərə rayonunun Çərəkdar kəndinə daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı qərarı ilə ləğv edilən Ağdərə rayonuna aid Çərəkdar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilib.

Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu.