Bu gün Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3 olan zəlzələ ocağının dərinliyi 66 km olub.

11:59

Xəzər dənizində zəlzələ olub.

Teleqraf.com bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınmışdır.

Maqnitudası 3.5 olan zəlzələ ocağının dərinliyi 63 km olub.