“Azərsu” ASC elektrik lampalarının satın alınması məqsədilə kotirovka sorğusu elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

İddiaçılar sorğuda iştirak etmək üçün kotirovka təkliflərini martın 15-i saat 15:00-dan gec olmamaq şərti ilə “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti,67) təqdim etməlidirlər.

Kotirovka təklifləri martın 15-i saat 16:00-da qeyd edilən ünvanda açılacaq.