BAKI, 26 fevral. TELEQRAF

2026-cı ilin yanvar ayında 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.

Bu barədə Teleqraf-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.