BAKI, 5 may. TELEQRAF
TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin aparıcı məsləhətçisi, uzun illər səhiyyə sahəsinin inkişafına töhfə verən Cavanşir Fərəcov vəfat edib.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Mərhum vaxtilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının baş həkimi işləyib.