İnstaqram yazışmalara məhdudiyyət tətbiq edib.

Teleqraf.com xəbər verir ki, yeni məhdudiyyətə görə, bir-birini izləməyən hesablar yalnız bir ismarış göndərə bilər.

Məlumata görə, daha çox ismarış göndərmək yalnız istifadəçi sorğunu qəbul etdikdə mümkün olacaq.

Bundan əlavə, istifadəçilər bir-birini izləməsələr, o zaman onlar yalnız mətn ismarışları göndərə biləcəklər.